Prezident İlham Əliyev: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik”

Prezident İlham Əliyev: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik” “Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq”
Fərdi
23 May , 2017 15:46
Prezident İlham Əliyev: “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni standartlar tətbiq etdik”
President.az

Bakı. 23 may. REPORT.AZ/ “Biz İslam Həmrəyliyi Oyunlarında da yeni yanaşmanı ortaya qoyduq, yeni standartlar tətbiq etdik. Əlbəttə ki, bu, bizim qonaqlara olan hörmətimizin əlamətidir, məsuliyyətin təzahürüdür. Eyni zamanda, bu, ümumiyyətlə, bizim siyasətimizi göstərir. Çünki biz istəyirik ki, Azərbaycanda hər bir tədbir ən yüksək səviyyədə keçirilsin. Ona görə də ölkəmiz inkişaf edir, ona görə də Bakıya gələn bütün xarici qonaqlar şəhərimizə heyran qalırlar”.

“Report” xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri IV İslam Həmrəyliyi Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri və Azərbaycanın idman ictimaiyyətinin nümayəndələri ilə görüşdə bildirib.

Dövlət başçısı vurğulayıb ki, Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Azərbaycana gələn turistlərin sayı milyonlarla ölçülür: “Bu Oyunlardan sonra ölkəmizə daha çox turist axını olacaq. Azərbaycanı bu gün nəinki İslam aləmində, dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanıyırlar və idmançılarımızın qələbələri bizim gücümüzü daha da artırır. Yəni, bu, daha əyani şəkildə göstərir ki, Azərbaycan güclü dövlətlər sırasındadır”.

Son xəbərlər

Orphus sistemi