İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”

İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir” Dövlət başçısı jurnalistlərin suallarını cavablandırıb
Fərdi
2 Sentyabr , 2016 18:10
İlham Əliyev: “Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”

Bakı. 2 sentyabr. REPORT.AZ/ “Ümumdünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi, əlbəttə ki, bizi çox sevindirir. Şadam ki, bütün təşkilati məsələlər yüksək səviyyədə öz həllini tapıbdır. Dünən möhtəşəm açılış mərasimində bərabər iştirak edirdik, bu gün burada artıq yarışlar başlayıb”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 2-də “Baku Crystal Hall”da 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turuna start verilərkən yarışı işıqlandıran mətbuat nümayəndələrinə müsahibəsində deyib.

“Əlbəttə, Azərbaycan bir daha özünü dünyaya müasir, inkişaf edən ölkə kimi təqdim edir. Əminəm ki, bütün qonaqlar öz vətənlərinə ən xoş təəssüratlarla qayıdacaqlar və Azərbaycan haqqında dünya şahmat ictimaiyyətinin daha da dolğun təəssüratı olacaq. Ona görə, bunun çox böyük əhəmiyyəti var. Azərbaycanda artıq mötəbər beynəlxalq yarışlar ənənəvi olaraq keçirilir. Avropa Oyunları, Şahmat Olimpiadası, “Formula-1” yarışı, gələn il İslam Həmrəyliyi Oyunları. Yəni, Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilir”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi