Portuqaliyalı naziri Rio-de-Janeyroda qarət ediblər

Portuqaliyalı naziri Rio-de-Janeyroda qarət ediblər Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib
Fərdi
8 Avqust , 2016 15:40
Portuqaliyalı naziri Rio-de-Janeyroda qarət ediblər

Bakı. 8 avqust. REPORT.AZ/ Portuqaliyanın təhsil naziri Tiaqo Brandao Rodriges Rio-de-Janeyro küçələrində qarət edilib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, oğru dərhal yaxalanıb.

Nazir Rio-de-Janeyroya Portuqaliya nümayəndə heyətinin tərkibində Olimpiya Oyunlarına gəlib. Hücum edən şəxs küçədə nazirə yaxınlaşaraq bıçaqla hədə-qorxu gəlib və ondan pul kisəsini və mobil telefonunu verməyi tələb edib. T.B.Rodriges bu tələbi yerinə yetirib.

Amma cinayətkar çox uzağa gedə bilməyiblər. Hadisə barədə polisə məlumat verən yerli sakinlər onu saxlayıblar.

Son xəbərlər

Orphus sistemi