Yuxarı

Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçiriləcək

​Piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası

Gənclər və İdman Nazirliyi Milli İdman və Reabilitasiya İnstitutu piylənmə ilə mübarizə gününə həsr olunmuş xeyriyyə aksiyası keçirəcək. 

Nazirlikdən "Report"a verilən məlumata görə, aksiya mayın 18-də Dənizkənarı Park ərazisindəki “Saat qülləsi”nin yanında təşkil olunacaq. 

Aksiya çərçivəsində müraciət edən əhalinin həkim müayinəsindən keçirilməsi, bəzi laborator müayinələrin aparılması, artıq çəki və piylənmə problemləri aşkar olunmuş şəxslərə müxtəlif ixtisaslı həkimlər tərəfindən lazımı tövsiyələrin verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ictimaiyyətin piylənmə probleminə diqqətini cəlb etmək məqsədilə 2010-cu ildən ənənəvi olaraq, hər ilin mayında Avropa ölkələrində piylənmə ilə mübarizə günü keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi