Patrik Hikkinin vəziyyəti pisləşir

Patrik Hikkinin vəziyyəti pisləşir EOC səlahiyyətlərindən uzaqlaşdırılmış 71 yaşlı funksioner əməliyyat olunmalıdır
Fərdi
21 Oktyabr , 2016 13:24
Patrik Hikkinin vəziyyəti pisləşir

Bakı. 21 oktyabr. REPORT.AZ/ Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti öhdəliklərindən müvəqqəti kənara çəkilmiş Patrik Hikkinin vəziyyəti pisləşir.

"Report"un "İnside the Games"ə istinadən məlumatına görə, bu barədə EOC prezidenti səlahiyyətlərini icra edən Yanez Koçinyançiç açıqlama verib. O bildirib ki, Hikki ürəyindən əməliyyat olunmalıdır: "Onun səhhəti elə də yaxşı vəziyyətdə deyil. Ürəyində problemləri olduğundan, əməliyyata ehtiyacı var. Həkimlər hesab edirlər ki, tibbi müdaxilə İrlandiyada edilməlidir. İstərdik ki, Braziliya hökuməti bu situasiyanı çox ciddi qəbul etsin və ona İrlandiyaya qayıtmaq imkanı versin".

Qeyd edək ki, Patrik Hikki 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qanunsuz bilet satışında şübhəli bilinir. O, hazırda Braziliyada ev dustaqlığı şəraitindədir. Hikki 1989-cu ildən İrlandiya Milli Olimpiya Komitəsinə, 2006-cı ildən EOC-a rəhbərlik edib. 71 yaşlı funksioner 2012-ci ildən Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvüdür. Hikkini 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.  

Son xəbərlər

Orphus sistemi