Belçikalı paralimpiya çempionu evtanaziya nəticəsində dünyasını dəyişib

Belçikalı paralimpiya çempionu evtanaziya nəticəsində dünyasını dəyişib 2012-ci il London Yay Paralimpiya Oyunlarının araba ilə qaçış üzrə qalibi Marike Vervort evtanaziya nəticəsində dünyasını dəyişib.
Fərdi
23 Oktyabr , 2019 11:50
Belçikalı paralimpiya çempionu evtanaziya nəticəsində dünyasını dəyişib

2012-ci il London Yay Paralimpiya Oyunlarının araba ilə qaçış üzrə qalibi Marike Vervort evtanaziya nəticəsində dünyasını dəyişib. 

"Report"un "The Guardian"a istinadən verdiyi məlumata görə, 40 yaşlı belçikalı qadın idmançı bu addımı müalicə olunmayan əzələ xəstəliyindən daimi ağrılar hiss etdiyi üçün atıb. O, dünyadan könüllü köçmək istəyini hələ 8 il əvvəl bəyan edib və müvafiq sənədləri imzalayıb. Bu prosedur Belçikada leqal sayılır.

Vervort sağ ikən ağrılar üzündən hər gecə cəmi 10 dəqiqə yata bildiyini söyləyib. 2014-cü ildə şam yeməyi hazırladığı vaxt onun epilepsiyası tutub. Nəticədə idmançı ayağından güclü yanıqlar alıb.

Qeyd edək ki, Marike Vervort Paralimpiya Oyunlarında 2 gümüş və 1 bürünc medal da qazanıb. 

Son xəbərlər

Orphus sistemi