Özünü pis hiss edən idmançı digər atletin köməyilə yarışı başa vurub - VİDEO

Özünü pis hiss edən idmançı digər atletin köməyilə yarışı başa vurub - VİDEO Qvineya-Bisau atleti Braima Sunkar Dabo Arubadan olan digər atlet Conatan Basbiyə yarışı yekunlaşdırmağa kömək edib.
Fərdi
28 Sentyabr , 2019 04:15
Özünü pis hiss edən idmançı digər atletin köməyilə yarışı başa vurub - VİDEO

Qvineya-Bisau atleti Braima Sunkar Dabo Arubadan olan digər atlet Conatan Basbiyə yarışı yekunlaşdırmağa kömək edib.

“Report” “TASS”a istinadən xəbər verir ki, yarış Dohada keçirilir.

Belə ki, kişilər arasında Dünya Çempionatının 5000 metr məsafəyə kvalifikasiya qaçış yarışında Arubadan olan idmançı özünü pis hiss edib və məsafəni qət etməkdə çətinlik çəkib. Bu zaman Qvineya-Bisau təmsilçisi sonuncu dövrənin əvvəlində onu qolundan tutaraq yarışı yekunlaşdırmağa yardım edib.

Hər iki idmançı azarkeşlərin ayaq üstə alqışları ilə birlikdə yarışa yekun vurublar. Buna baxmayaraq Basbinin qaçış zamanı göstərdiyi vaxt hesaba alınmayıb.

Qeyd edək ki, hər iki idmançı turnirdə ölkələrinin yeganə nümayəndələridir. 

Son xəbərlər

Orphus sistemi