AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən məşqçi və futbolçuları cəzalandırıb

AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən məşqçi və futbolçuları cəzalandırıb AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən 5 nəfəri cəzalandırıb.
Fərdi
16 Aprel , 2019 14:59
AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən məşqçi və futbolçuları cəzalandırıb

AFFA İntizam Komitəsi oyunlar zamanı təhqirə yol verən 5 nəfəri cəzalandırıb.

“Report” milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, I Divizionda XXI turunun MOİK – “Qarabağ-2” matçında qonaqların futbolçusu Məmməd Hüseynov təhqiredici ifadələr işlədib. Buna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Hüseynov 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.

U-17 Liqasında “Tufan” – “Sabah” qarşılaşmasında meydan sahiblərinin oyunçusu Nurlan Nuriyev hakimlər briqadasını təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəza alıb.

“Xəzər Lənkəran” – “Qəbələ” matçı başa çatdıqdan sonra cənubluların futbolçusu Əli Tağızadə təhqiredici ifadələr işlətdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyunluq cəza ilə üzləşib.

Futzal üzrə II Liqada “Obolon”la görüşünün 15-ci dəqiqəsində “Advokat”ın məşqçisi Fuad Rzayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyunu buraxmalı olacaq.

“Metropoliten”lə duelin 30-cu dəqiqəsində AZMİU-nun futbolçusu Hakan Erik hakimlər briqadasın təhqir etdiyinə görə qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb.

Son xəbərlər

Orphus sistemi