Rusiyalı idmançılar dopinqə görə diskvalifikasiya olundular

Rusiyalı idmançılar dopinqə görə diskvalifikasiya olundular Rusiyalı biatlonçular Yevgeni Ustüqov və Svetlana Sleptsovanın dopinqdən istifadə etdikləri sübuta yetirilib.
Fərdi
15 Fevral , 2020 14:38
Rusiyalı idmançılar dopinqə görə diskvalifikasiya olundular

Rusiyalı biatlonçular Yevgeni Ustüqov və Svetlana Sleptsovanın dopinqdən istifadə etdikləri sübuta yetirilib.

"Report"un məlumatına görə, bu barədə Rusiya Antidopinq Agentliyi (RUSADA) xəbər yayıb.

Bildirilib ki, hər iki idmançının olimpiya oyunlarındakı nəticələri ləğv olunub. Ustüqov 2014-cü il Soçi, Septsova isə 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum edilib. Hər iki idmançı 2 il müddətinə yarışlardan diskvalifikasiya olunub.

Qeyd edək ki, Ustüqovun komanda yoldaşları - Aleksey Volkov, Dmitri Malışko və Anton Şipulinin də dopinqdən istifadəyə görə cəzalandırılacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi