Yuxarı

Ceyhun Bayramov: "Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır"

Ölkəmiz yarışları ən yüksək səviyyəli tədbirləri keçirən ölkə kimi tan
© Report/Elchin Murad — Təhsil n­aziri Ceyhun Bayramov

"Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirən ölkə kimi tanınır".

"Report" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) çərçivəsində “Olimpiya Mədəniyyəti və İdman’’ güşəsinin açılış mərasimində deyib.

Nazir Atletlər Kəndində baş tutan tədbirdə EYOF-un gənclər üçün böyük fürsət olduğunu bildirib: "Belə layihələr məktəblilərdə sağlam həyat tərzinin formalaşmasında, idmanda kütləviliyin təmin olunmasında, ölkələr və mədəniyyətlərarası dostluq və istedadlı gənclərin üzə çıxarılmasında misilsiz rol oynayır". 

C.Bayramov Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ilə Təhsil Nazirliyinin daha bir uğurlu və tarixi layihəyə imza atdıqlarından vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi