​Olimpiya iştirakçısı liftdə qalıb

​Olimpiya iştirakçısı liftdə qalıb İdmançı 40 dəqiqə sonra liftdən çıxarılıb
Fərdi
8 Avqust , 2016 09:39
​Olimpiya iştirakçısı liftdə qalıb

Bakı. 8 avqust. REPORT.AZ/ Argentinalı tennisçi Xuan Martin Del Potro Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında xoşagəlməz hadisə ilə üzləşib.

"Report"un məlumatına görə, idmançı Atletlər kəndində yaşadığı binanın liftində qalıb.

Hadisə elektrik enerjisinin kəsilməsi nəticəsində baş verib və tennisçi 40 dəqiqə sonra liftdən çıxarılıb. 

Qeyd edək ki, serbiyalı Novak Cokoviçlə keçirilən və 2 saat 27 dəqiqə davam edən matçda Del Potro qalib gəlib. Onun budəfəki rəqibi portuqaliyalı Joao Souza olacaq.

Son xəbərlər

Orphus sistemi