​Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb

​Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb Cinayətkarlar idmançıların pul və qiymətli əşyalarını götürüblər
Fərdi
15 Avqust , 2016 09:39
​Olimpiya çempionu Rio-de-Janeyroda silahlı hücuma məruz qalıb

Bakı. 15 avqust. REPORT.AZ/ ABŞ-ın Olimpiya və dünya çempionu üzgüçü Rayan Loxte və onun milli komandadan 3 dostu silahlı hücuma məruz qalıb.

"Report"un məlumatına görə, hadisə Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunları zamanı baş verib.

ABŞ-ın Olimpiya Komitəsindən verilən açıqlamada idmançıların gecə klubundan çıxdıqdan sonra əyləşdikləri taksinin qarşısının polis formalı şəxslər tərəfindən kəsildiyi bildirilir.

Cinayətkarlar idmançıların pul və qiymətli əşyalarını götürüblər.

Son xəbərlər

Orphus sistemi