Olimpiadaya lisenziya xarakteri turnir üçün Azərbaycan taekvondoçularının adları açıqlanıb

Olimpiadaya lisenziya xarakteri turnir üçün Azərbaycan taekvondoçularının adları açıqlanıb Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 6-da Tunisin Hammamet şəhərində start götürəcək yeniyetmələr arasında III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri turnir üçün taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.
Fərdi
4 Aprel , 2018 10:20
Olimpiadaya lisenziya xarakteri turnir üçün Azərbaycan taekvondoçularının adları açıqlanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Aprelin 6-da Tunisin Hammamet şəhərində start götürəcək yeniyetmələr arasında III Yay Olimpiya Oyunlarına lisenziya xarakteri turnir üçün taekvondo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasından (ATF) “Report”a verilən məlumata görə, 120 ölkədən 962 gənc idmançının qatılacağı yarışa Bəhruz Quluzadə (48 kq), Xanoğlan Kərimov (55 kq), Cavad Ağayev (63 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirsetidova (49 kq) və Sahar Karghara (52 kq) qatılacaq. Turnir iki gün davam edəcək. 

Milli üzvləri, həmçinin, Hammametdə aprelin 9-da start götürəcək dünya birinciliyində də iştirak edəcəklər. Dörd gün davam edəcək yarışlarda Nihat Abbasov (45 kq), Yaşar Məmmədli, Bəhruz Quluzadə (hər ikisi 48 kq), Xanoğlan Kərimov (51 kq), Ayaz Qənbərli (55 kq), Cavad Ağayev (63 kq), Taleh Süleymanov (73 kq), Minayə Əkbərova (44 kq), Sevda Pirseyidova (49 kq) və Sahar Karghar (52 kq) qüvvəsini sınayacaq.

ATF-nin vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyk etdiyi heyətdə milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, beynəlxalq dərəcəli hakim Ramal Camalov artıq Tunisə yollanıb.

Qeyd edək ki, III Yay Olimpiya Oyunları 1 - 12 oktyabrda Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi