Yuxarı

Olimpiada məşəli Rio-de-Janeyroya gətirilib

Məşəl Braziliyanın 329 şəhərində dolaşıb

Bakı. 3 avqust. REPORT.AZ/ Olimpiada məşəli XXXI Yay Olimpiya Oyunlarının keçiriləcəyi Braziliyanın Rio-de-Janeyro şəhərinə gətirilib. "Report"un məlumatına görə, məşəlin estafeti mayın 3-də ölkənin paytaxtı Braziliyada start götürüb.

Ümumilikdə 12 min məşəlçi 95 gün ərzində 30 min km yol qət edib. Məşəl 329 şəhərdə dolaşıb.

Qeyd edək ki, "Rio-2016" avqustun 5 - 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi