Yuxarı

Bakıdakı ilk Qran-prinin qalibi: "Ferrari"nin "Mercedes"i üstələyəcəyinə şübhə edirəm"

Niko Rosberq "Ferrari"yə şans tanımadı

"Ferrari"nin maşınları birbaşa yolda sürətlidir. Bakıda şansları olacaqmı? Buna şübhə edirəm".

"Report" xəbər verir ki, bunu 2016-cı ildə Bakıda təşkil olunan ilk "Formula 1" yarışının qalibi olan "Mercedes"in sabiq pilotu Niko Rosberq şəxsi bloqunda yazıb.

Karyerasını başa vuran almaniyalı sürücünün fikrincə, Bakı trasında qısa döngələrin çoxluğu "Ferrari"nin vaxt itirməsi ilə nəticələnəcək: "Onların hansı trasda üstün olacaqlarını bilmirəm. Hazırda vəziyyət belədir - "Mercedes" pilotları bütün Qran-prilərdə onları qabaqlayacaqlar. Hətta Barselonada da. Həm də "Ferrari"nin airodinamika ilə bağlı ciddi problemi var".

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Bəhreyn və Çində, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Hemilton 68 xalla 1-ci, Bottas 62 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 39 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi