Yuxarı

Nəzakət Əzizova: "Finalda sondakı kimi işləsəydim, udardım"

O rəqibi Antalyadakı Qran Pridə udmuşdum
© Report.az

Bakı. 13 may. REPORT.AZ/ "Həlledici görüşüm çox pis keçdi. Halbuki o rəqibi Antalyadakı Qran Pridə udmuşdum".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində gümüş medal qazanan Azərbaycanın qadın cüdoçusu Nəzakət Əzizova deyib.

N.Əzizovanın sözlərinə görə, uduzmasının səbəbi aldığı zədədir: "Çiynimdən zədə aldım. Həm də görüşün əvvəlində yox, axırda işlədim. Sondakı kimi işləsəydim, udardım. Bundan sonra Avropa və dünya çempionatı gəlir. Növbəti yarışlarda qalib gələrək, bayrağımızı qaldırmaq isətəyirəm".

Qeyd edək ki, Nəzakət Əzizova finalda türkiyəli İrem Korkmaza uduzub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi