Yuxarı

Nazir müavini Zəhra Salmanlını qəbul edib

Bakı. 22 fevral. REPORT.AZ/ Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov İranın paytaxtı Tehranda keçirilmiş karate üzrə beynəlxalq turnirin qalibi Zəhra Salmanlı ilə görüşüb. 

Nazirliyin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Salmanlını təbrik edən İsmayılov Azərbaycan bayrağının müdafiəsində göstərdiyi qəhrəmanlığı ilə əlaqədar ona təşəkkürünü bildirib. Nazir müavini karateçiyə gələcək yarışlarda və təhsilində uğurlar arzulayıb. O, idmançıya mükafat və diplom təqdim edib.

Qeyd edək ki, Tehranda turnirin keçirildiyi zalda Azərbaycan bayrağının erməni bayrağının altında asıldığını görən Zəhra Salmanlı buna etirazını bildirib və təşkilatçılara bayrağın yerinin dəyişdirilməyəcəyi təqdirdə, yarışda iştirak etməyəcəyini söyləyib. Onun kəskin israrından sonra Azərbaycan bayrağının yeri dəyişdirilib. Daha sonra yarışa başlayan Salmanlı rəqiblərini məğlub edərək qızıl medal qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi