Nazir: "Cibuti İslamiadanın Bakıda keçirilməsinə böyük əhəmiyyət verir"

Nazir: "Cibuti İslamiadanın Bakıda keçirilməsinə böyük əhəmiyyət verir" IV İslam Həmrəyliyi Oyunları Azərbaycan və Cibuti arasında mədəniyyətlərarası dialoqu gücləndirməyə imkan verəcək
Fərdi
24 Fevral , 2017 14:56
Nazir: Cibuti İslamiadanın Bakıda keçirilməsinə böyük əhəmiyyət verir

Bakı. 24 fevral. REPORT.AZ/ "IV İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi Azərbaycan və Cibuti arasında mədəniyyətlərarası dialoqu gücləndirməyə imkan verəcək".

"Report" xəbər verir ki, bunu Bakıda səfərdə olan Cibuti Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mahmud Əli Yusuf keçirdiyi mətbuat konfransında deyib.

Nazir Cibutinin İslamiadaya böyük önəm verdiyini, bununla əlaqədar Oyunların açılış mərasiminə Cibutidən nümayəndə heyətinin gələcəyini vurğulayıb.

"Bütün dünyada, həmçinin Afrika qitəsində Azərbaycanın təsiri artıb" - Mahmud Əli Yusuf bildirib.

Son xəbərlər

Orphus sistemi