Yuxarı

Nazim Babayev Yaponiyada bürünc medal qazanıb

Nazim Babayev Yaponiyada bürünc medal qazanıb

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın Osaka Qızıl Qran-pri yarışında bürünc medal qazanıb.

“Report”un məlumatına görə, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub. O, 16,48 metr nəticə göstərib. ABŞ idmançısı Omar Kreddok 17,16 metr göstərici ilə birinci yeri tutub. Çinli Yaming Zhu isə 16,51 metr nəticə ilə gümüş medal qazanıb.

Qeyd edək ki, Babayev bu ilin martında 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu yeniləyib və Avropa çempionu olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi