Naxçıvanda karate üzrə Heydər Əliyev Kuboku uğrunda açıq turnir keçirilib

Naxçıvanda karate üzrə Heydər Əliyev Kuboku uğrunda açıq turnir keçirilib Bakı. 7 may. REPORT.AZ/ Naxçıvanda karate üzrə Heydər Əliyev Kuboku uğrunda açıq turnir keçirilib.
Fərdi
7 May , 2018 20:29
Naxçıvanda karate üzrə Heydər Əliyev Kuboku uğrunda açıq turnir keçirilib

Bakı. 7 may. REPORT.AZ/ Naxçıvanda karate üzrə Heydər Əliyev Kuboku uğrunda açıq turnir keçirilib. 

"Report"un məlumatına görə, turnir İlham Əliyev adına Olimpiya İdman Kompleksində muxtar respublikanın Gənclər və İdman Nazirliyi ilə Karate-do Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Yarışda 300-ə yaxın idmançı iştirak edib. Muxtar respublikanın şəhər və rayonlarının 8 komandası ilə yanaşı, Bakı şəhərinin 5 komandası da mübarizə aparıb. Çempionatın açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərov yarış iştirakçılarını salamlayıb. O, Azərbaycanda aparılan uğurlu idman siyasətinin ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. Fazil Ələkbərov yarış iştirakçılarına uğurlar arzulayıb və çempionatı açıq elan edib.

Sonra Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov çıxış edib. O, bu gün Azərbaycan idmanının inkişaf səviyyəsinə görə dünyada öndə gedən ölkələrdən biri olduğunu vurğulayıb. 

Azərbaycan Milli Karate Federasiyası tərəfindən Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının sədri Fazil Ələkbərova və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarova Azərbaycan Milli Karate Federasiyasının xatirə hədiyyələri təqdim olunub. Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib. Karateçilərin nümunəvi çıxışlarından sonra turnirin final görüşlərinə start verilib. 

Yekun nəticələrə görə Vüsal Seyidov, İmran Mövsümov, Hüseyn Məmmədli, Əsəd İmanov, Aslan İsmayılov, Sərcan Məmmədov və Babək Qələmzadə öz çəki dərəcələrində bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıblar. Qızlar arasında isə Səmra Məmmədli qalib olub. Qaliblərə təşkilatçılar tərəfində diplom və medallar təqdim edilib. Komanda hesabında “Naxçıvan” I, “Arpaçay” II, “Araz” isə III yerin qalibi olub. Qalib komandalara turnirin kubokları verilib. Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasına isə yarışın yaxşı təşkil olunmasına görə “Heydər Əliyev kuboku” təqdim olunub.

Son xəbərlər

Orphus sistemi