Naxçıvanda boks üzrə “Heydər Əliyev Kuboku-2017” keçiriləcək

Naxçıvanda boks üzrə “Heydər Əliyev Kuboku-2017” keçiriləcək Turnirdə 100-ə yaxın boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq
Fərdi
8 İyun , 2017 11:46
Naxçıvanda boks üzrə “Heydər Əliyev Kuboku-2017” keçiriləcək

Bakı. 8 iyun. REPORT.AZ/ İyunun 11-də Naxçıvanda yeniyetmə oğlan boksçular arasında Beynəlxalq “Heydər Əliyev Kuboku-2017” turnirinə start veriləcək.

Azərbaycan Boks Federasiyasından “Report”a verilən məlumata görə, yarışda təşkilatçı ölkə ilə yanaşı, Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna və Özbəkistan yığmaları iştirak edəcək.

İyunun 14-də başa çatacaq turnirdə 100-dək boksçu 13 dəst medal uğrunda mübarizə aparacaq. Avropa birinciliyinə hazırlaşan Azərbaycan millisi Naxçıvandakı yarışa baş məşqçi Vaqif Kazımovun rəhbərliyi altında 2 komanda ilə qatılacaq.

Qeyd edək ki, 2001-2002-ci il təvəllüdlü boksçulardan təşkil olunacaq yığmalar Naxçıvana iyunun 10-da yollanacaqlar.

Son xəbərlər

Orphus sistemi