İNBA QLOBAL Azərbaycan Federasiyasının təşkilatçılığı ilə ilk dəfə olaraq Natural Bodibildinq və Fitnes üzrə Azərbaycan çempionatı keçirilib.
Report" xəbər verir ki, turnirdə paytaxt Bakı da daxil olmaqla, müxtəlif regionlardan 60-dan çox atlet mübarizə aparıblar. Uşaq və böyük yaş qruplarından ibarət olan yarış 7 kateqoriyada baş tutub.
Azərbaycan Natural Bodibildinq və Fitness Assosiasiyasının prezidenti Elnur Şixəliyev "Report"a açıqlamasında bildirib ki, turnirin keçirilməsində məqsəd ölkəmizdə yeniyetmə və gənclərin qadağan olunmuş dərman preparatlarından uzaq tutaraq onlar arasında sağlam rəqabəti təmin etmək və sağlamlıqlarını qorumaqdır.
E.Şıxəliyev onu da qeyd edib ki, bu yarışdan sonra artıq yığma komandanın tərkibi formalaşdırılacaq: "
Qeyd edək ki, ilk dəfə olaraq Natural Bodibildinq və Fitnes üzrə Azərbaycan çempionatında uşaqların fitnesində Fatimə Məmmədli, sport model və bikini fitneslə Xumar Yusifova, atletikdə Sərvan Həsənov, klassik fizikdə Elvin Babayev, bodibildinqdə İsmayıl Həbiyev, boyu 175 sm-ə qədər olan fizikdə Əziz İbrahimov, boyu 175 sm-dən yuxarı fizik kateqoriyalarında isə Kərim Məmmədov mütləq qalib elan olunublar.
Bu nəticələrdən sonra hakimlər kollegiyasının qərarı ilə Azərbaycanı beynəlxalq turnirlərdə təmsil edəcək milli komandanın heyəti də müəyyənləşdirilib.