Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş açıq şahmat turniri keçiriləcək

Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş açıq şahmat turniri keçiriləcək Turnir aprelin 30-da Moskva Millətlər Evində baş tutacaq
Fərdi
30 Mart , 2016 11:52
Moskvada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş açıq şahmat turniri keçiriləcək

Bakı. 30 mart. REPORT.AZ/ Avropa çempionu, Azərbaycan şahmatının ən parlaq nümayəndələrindən biri olmuş Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat üzrə beynəlxalq açıq turnir keçiriləcək.

"Report"un məlumatına görə, turnir aprelin 30-da Moskva Millətlər Evində baş tutacaq.

Şahmat turniri Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Ümumrusiya Azərbaycan Konqresinin təşkilati dəstəyi ilə keçiriləcək.

Turnirdə iştirak etmək üçün ərizələrin qəbulu elektron poçt vasitəsilə həyata keçirilir: [email protected]

Son xəbərlər

Orphus sistemi