Moldova Paralimpiya Komitəsinin prezidenti "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatına gəlib

Moldova Paralimpiya Komitəsinin prezidenti "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatına gəlib Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib.
Fərdi
12 Noyabr , 2019 09:08
Moldova Paralimpiya Komitəsinin prezidenti Yenilməzlər Beynəlxalq Qala Təqdimatına gəlib

Moldova Paralimpiya Komitəsinin prezidenti, paralimpiya çempionu Oleq Kretsul Bakıya gəlib. 

"Report" xəbər verir ki, məşhur idmançı Heydər Əliyev Fondu və Milli Paralimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçiriləcək "Yenilməzlər" Beynəlxalq Qala Təqdimatında iştirak etmək üçün paytaxta dəvət olunub. 

Mərasim zamanı Kretsulun çıxışı da nəzərdə tutulub. Tədbir noyabrın 13-də Gənc Tamaşaçılar Teatrında gerçəkləşəcək.

Qeyd edək ki, Oleq Kretsul peşəkar idman sahəsində tanınmış, böyük nüfuza malik paralimpiyaçı cüdoçulardan biridir. O, 21 fevral 1975-ci ildə Kişinyovda anadan olub.10 yaşında ikən cüdo ilə məşgul olmağa başlayan Kretsul gəncliyində beynəlxalq və ümumittifaq cüdo, sambo turnirlərinin dəfələrlə qalibi olub. O, 16 yaşında yeniyetmələr arasında SSRİ çempionatında birinci yeri qazanıb, 21 yaşında isə cüdo üzrə beynəlxalq dərəcəli idman ustasının tələblərini yerinə yetirib. O.Kretsul 1996-cı il Atlanta Olimpiya Oyunlarının iştirakçısıdır.

1997-ci ildə keçirdiyi avtomobil qəzasında həyat yoldaşı vəfat edib, özü isə aldıgı zədələr nəticəsində görmə qabiliyyətini tamamilə itirib. Bir müddət sonra yenidən cüdoya qayıdıb, amma bu dəfə paralimpiyaçı kimi. Paralimpiya hərəkatına qoşulduqdan sonra Kretsulun mükafat və titullarının siyahısı sürətlə böyüməyə başlayır. O, 2008 Pekin Yay Paralimpiya Oyunlarının qalibi, dördqat dünya və üçqat Avropa çempionu, əməkdar idman ustasıdır.

2006-cı ildə “Vətənə xidmətə görə” II dərəcəli ordenlə, 2009-cu ildə isə “Dostluq Ordeni” ilə təltif olunub.

Son xəbərlər

Orphus sistemi