MOK XXXI Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılar və onların məşqçiləri üçün mükafatı açıqlayıb

MOK XXXI Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılar və onların məşqçiləri üçün mükafatı açıqlayıb Birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat ayrılıb
Fərdi
1 Sentyabr , 2016 18:43
MOK XXXI Yay Olimpiya Oyunlarında mükafat qazanan idmançılar və onların məşqçiləri üçün mükafatı açıqlayıb

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sənəddə deyilir ki, Azərbaycan Respublikasının idmançıları və onların məşqçilərini Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1.birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

1.2.ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

1.3.üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi