​Mirkamil Rəhimov dəfn edilib

​Mirkamil Rəhimov dəfn edilib Dəfndən əvvəl mərhumla vida mərasimi keçirilib
Fərdi
31 Mart , 2016 15:45
​Mirkamil Rəhimov dəfn edilib

Bakı. 31 mart. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov dəfn olunub. "Report"un məlumatına görə, mərhum Xırdalan qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Dəfndən əvvəl mərhumla vida mərasimi keçirilib. Mərasimdə gənclər və idman naziri Azad Rəhimov başda olmaqla qurumun nümayəndələri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyi, müxtəlif federasiya rəsmiləri və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

"Üç" mərasimi aprelin 2-də 9-cu mikrorayondakı Heydər məscidində olacaq.

Son xəbərlər

Orphus sistemi