Azərbaycan millisinin iki boksçusu Gürcüstanda medal qazanıb

Azərbaycan millisinin iki boksçusu Gürcüstanda medal qazanıb Boks üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə David Kvaçadzenin şərəfinə təşkil olunmuş beynəlxalq turnirdə 2 medal qazanıb.
Fərdi
22 Aprel , 2019 09:18
Azərbaycan millisinin iki boksçusu Gürcüstanda medal qazanıb
0 : 00
0 : 00

Boks üzrə Azərbaycan millisi Gürcüstanın paytaxtı Tbilisidə David Kvaçadzenin şərəfinə təşkil olunmuş beynəlxalq turnirdə 2 medal qazanıb.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, böyük məşqçi Nəriman Abdullayev və məşqçi Oqtay İbrahimovun rəhbərliyi altında turnirdə iştirak edən yığmanın heyətində Nurlan Səfərov (60 kq) ikinci yeri tutub. Digər boksçu Rüfət Hüseynov (52 kq) isə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, milli yarışa 5 boksçu ilə qatılıb.

Son xəbərlər

Orphus sistemi