Boks üzrə Azərbaycan millisinin "Strandja" turniri üçün heyəti açıqlanıb

Boks üzrə Azərbaycan millisinin "Strandja" turniri üçün heyəti açıqlanıb Bakı. 11 fevral. REPORT.AZ/ Kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi fevralın 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq Strandja turnirinə qatılacaq.
Fərdi
11 Fevral , 2019 13:31
Boks üzrə Azərbaycan millisinin Strandja turniri üçün heyəti açıqlanıb

Bakı. 11 fevral. REPORT.AZ/ Kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi fevralın 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq "Strandja" turnirinə qatılacaq. 

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, bir həftəyədək davam edəcək yarışda 10 dəri əlcək ustası mübarizə aparacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qadınlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev isə 3 boksçunu - Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) sınaqdan çıxaracaq. 

Komandalar yanvarın 12-də başa vuraraq, gecə saatlarında səfərə çıxacaq. 

 Qeyd edək ki, "Strandja" turniri 70-ci dəfə təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi