Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq

Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq Tədbirin vaxtı və yeri açıqlanıb
Fərdi
19 Sentyabr , 2017 12:20
Milli Olimpiya Komitəsinin 25 illik yubileyi qeyd olunacaq

Bakı. 19 sentyabr. REPORT.AZ/ Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 25 illik yubileyi qeyd olunacaq. Bu barədə "Report"a MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

Onun sözlərinə görə, təntənəli mərasim sentyabrın 29-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Ç.Hüseynzadə tədbirə dünyanın müxtəlif ölkələrinin MOK rəsmilərinin qatılacağını desə də, onların arasında Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın yer almayacağını bildirib. Əvəzində Avropa Olimpiya Komitələrinin (EOC) prezidenti səlahiyyətlərini icra edən Yanez Kosyançiç Bakıya gələcək. Onun səfəri elə sentyabrın 29-da EOC İcraiyyə Komitəsinin Azərbaycan paytaxtında təşkil olunacaq iclası ilə bağlıdır. Bu toplantı isə "Marriott" otelində baş tutacaq.

Qeyd edək ki, MOK-a 1997-ci il iyulun 31-dən Azərbaycan Prezidenti İlham Əliyev rəhbərlik edir. 

Son xəbərlər

Orphus sistemi