Yuxarı

Mikayıl Cabbarov: "Bütün mövzular federasiya çərçivəsində müzakirə olunmalıdır"

Müzakirələrin ictimai müstəvidə aparılmasının bizim üçün faydasını görmürəm
© Report/ Firi Salim — Vergilər naziri Mikayıl Cabbarov

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Mənə göstərilən etimada görə təşəkkür edirəm. Azərbaycanda qılıncoynatma idman növünün inkişafı və nailiyyətlərin qazanılması üçün əlimdən gələni edəcəyəm". 

"Report"un məlumatına görə, bunu Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) prezidenti seçilən təhsil naziri Mikayıl Cabbarov deyib. 

O, AQF-nin qarşısında duran hədəfləri açıqlayıb: "Bu idman növü ilə məğul olan peşəkarlara müraciət edərək deyrəm ki, federasiyanın fəaliyyətini stabil vəziyyətə salmaq və planlaşdırmaların aparılması üçün birlikdə çalışacağıq. Bütün mövzuların müzakirəsinin federasiya çərçivəsində aparılmasını gözləyirəm. Hər hansı məsələ ilə bağlı müzakirələrin ictimai müstəvidə aparılmasının bizim üçün faydasını görmürəm".

Qeyd edək ki, Mikayıl Cabbarov həm də Azərbaycan Badminton Federasiyasının prezidentidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi