Bakı. 6 iyul. REPORT.AZ/ Məşhur cənubi afrikalı yüngül atlet Oskar Pistorius 6 il azadlıqdan məhrum edilib.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, Paralimpiya oyunlarının 6 qat qalibi rəfiqəsi - fotomodel Riva Stinkampı bilməyərəkdən öldürməkdə təqsirləndirilib.
Qeyd edək ki, hadisə 2013-cü il fevralın 14-də Pistoriusun evində baş verib. Yüngül atlet evə girən Riva Stinkampı oğru zənn edərək bilməyərəkdən öldürdüyünü iddia edir.