Yuxarı

Məşhur tennisçi yenidən olimpiadada iştirak etmək qərarına gəlib

Məşhur tennisçi yenidən olimpiadada iştirak etmək qərarına gəlib

İsveçrəli tanınmış tennisçi Roje Federer Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək.

"Report" xəbər verir ki, jurnalist Endi Şoler "Twitter"də 38 yaşlı idmançının sitatını yazıb: "Bir neçə həftə ərzində qarşıdakı mövsüm Uilmbldon və ABŞ Açıq çempionatı (US Open) arasında nə edəcəyimizi komanda ilə müzakirə etdik. Sonda yenidən olimpiadada oynamağa qərar verdim", - Federer vurğulayıb. 

Qeyd edək ki, Roje Federer 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibidir. O, 2012-ci il Londondakı olimpiadada gümüş medal qazanıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi