Məşhur tennisçi karyerasını başa vurur

Məşhur tennisçi karyerasını başa vurur Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük britaniyalı məşhur tennisçi Endi Marrey bu il karyerasını başa vuracaq.
Fərdi
11 Yanvar , 2019 13:26
Məşhur tennisçi karyerasını başa vurur

Bakı. 11 yanvar. REPORT.AZ/ Böyük britaniyalı məşhur tennisçi Endi Marrey bu il karyerasını başa vuracaq.

"Report"un məlumatına görə, bu barədə 32 yaşlı idmançının özü mətbuat konfransında açıqlama verib. O, səhhəti ilə əlaqədar bu qərarı verdiyini vurğulayıb.

Marrey "Australian Open"in onun üçün sonuncu turnir ola biləcəyini söyləyib. Təcrübəli tennisçi karyerasını Uimbldon turnirində bitirmək istədiyini, amma 5 ayadək ağrılarla oynamağı bacara biləcəyinə əmin olmadığını vurğulayıb. 

Qeyd edək ki, Endi Marrey karyerası ərzində iki dəfə Uimbldon, bir dəfə isə "US Open" turnirinin qalibi olub. O, həmçinin 2012-ci il London və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya oyunlarında qızıl medal qazanıb. 2016-cı ildə tennisçilərin reytinqində birinci piilləyə qədər yüksəlmiş Marrey ötən ilin iyununda əməliyyat olunub və karyerasını yay aylarında bərpa edə bilib. 

Son xəbərlər

Orphus sistemi