"Mercedes" "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi ilə yeni müqavilə imzalayıb

"Mercedes" "Formula 1" üzrə Azərbaycan Qran Prisinin qalibi ilə yeni müqavilə imzalayıb Bakı. 19 iyul. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı olan Almaniyanın “Mercedes” komandası Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.
Fərdi
19 İyul , 2018 17:27
Mercedes Formula 1 üzrə Azərbaycan Qran Prisinin qalibi ilə yeni müqavilə imzalayıb

Bakı. 19 iyul. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı olan Almaniyanın “Mercedes” komandası Lüis Hemiltonla müqavilənin müddətini uzadıb.

“Report” xəbər verir ki, 33 yaşlı britaniyalı pilotla 2020-ci ilə qədər nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Hemilton 2007-ci ildən “Formula 1” yarışlarında iştirak edir. Dördqat dünya çempionu olan pilot bunlardan üçünə 2013-cü ildə keçdiyi “Mercedes”lə nail olub. O daha əvvəl “Maklaren”lə də birinci yeri tutub.

Qeyd edək ki, “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran Prisinin qalibi olan tanınmış pilot hazırda ikinci sıradadır. O, “Ferrari”dəki həmkarı Sebastyan Fetteldən geri qalır.

Son xəbərlər

Orphus sistemi