Məmmədyarov növbəti qələbə sayəsində superturnirin vahid liderinə çevrilib

Məmmədyarov növbəti qələbə sayəsində superturnirin vahid liderinə çevrilib Qrossmeyster VI turda hindistanlı Adhiban Başkaranı məğlub edib
Fərdi
19 Yanvar , 2018 23:45
Məmmədyarov növbəti qələbə sayəsində superturnirin vahid liderinə çevrilib

Bakı. 19 yanvar. REPORT.AZ/ Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə "Tata Steel Chess" superturnirində 6-ci tura yekun vurulub.

"Report"un məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazanıb. 33 yaşlı qrossmeyster qara fiqurlarla hindistanlı Adhiban Başkaranı üstələyib - 1:0.

Rəqib 86-cı gedişdən sonra təzyiqlərə davam gətirməyərək təslim olub. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalların sayını 4,5-ə çatdıraraq, 1-ci pilləyə yüksəlib və vahid liderə çevrilib. Keçmiş dünya çempionu Vişvanatan Anand, Aniş Giri və So Vesley 4 xalla 2 - 4-cü yerləri bölüşdürür.

Yanvarın 20-si keçiriləcək 7-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla çinli Vey İ ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi