Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başlayıb

Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başlayıb O, ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib
Fərdi
11 Mart , 2018 00:35
Məmmədyarov İddiaçılar Turnirinə qələbə ilə başlayıb

Bakı. 11 mart. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.

Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.

Turun digər görüşləri belə nəticələnib:

Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0

Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5

Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.

İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.

II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi