Yuxarı

Məmmədyarov Bildəki turnirdə Karlseni məğlub edərək, vaxtından əvvəl çempion olub

Bakı. 31 iyul. REPORT.AZ/ Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov İsveçrənin Bil şəhərində keçirilən ənənəvi beynəlxalq superturnirin qalibi adını qazanıb.

"Report" xəbər verir ki, 33 yaşlı qrossmeyster buna norveçli Dünya çempionu Maqnus Karlseni üzərində qələbə sayəsində nail olub. Xallarını 7-yə yüksəldən Məmmədyarov sona bir tur qalmış ən yaxın izləyicisini 2 xal geridə qoyub.

Turnir cədvəli belədir: Karlsen, Svidler (hərəyə 5 xal), Vaşye-Laqrav (4,5), Navara (4), Qeorqiadis (1,5) .

Yarışın son turu avqustun 1-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi