Yuxarı

Məmmədyarov Aronyanla heç-heçə edib

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Berlində təşkil olunan İddiaçılar turnirində növbəti oyununu keçirib.

“Report” xəbər verir ki, azərbaycanlı şahmatçı II turda erməni Levon Aronyanla qarşılaşıb.

Partiya 24-cü gedişdə 0.5:0.5-lik heç-heçə ilə başa çatıb.

Birinci turda Ş.Məmmədyarov rusiyalı Sergey Karyakinə qalib gəlib, L.Aronyan isə çinli Din Lijen ilə xalları yarı bölüb.

İddiaçılar turniri, II tur

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 0.5:0.5

Din Lijen (Çin) - Fabiano Karuana (ABŞ)

Vladimir Kramnik (Rusiya) - Sergey Karyakin (Rusiya)

Aleksandr Qrişuk (Rusiya) - Uelsi So (ABŞ)

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi