Yuxarı

MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya Komitələrinin forumu keçiriləcək

Bakı. 6 iyun. REPORT.AZ/ Latviyanın paytaxtı Riqada MDB, Baltikyanı ölkələrin və Gürcüstanın Milli Olimpiya Komitələrinin forumu baş tutacaq.

"Report"un məlumatına görə, 8-9 iyunda keçiriləcək forumda Milli Olimpiya Komitələrinin prezidentləri, vitse-prezidentləri və digər rəsmilərinin iştirakı nəzərdə tutulub.

Azərbaycanı tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibinin müavini Azər Əliyev təmsil edəcək.

12 ölkənin Milli Olimpiya Komitələrinin 50-yə yaxın nümayəndə heyəti birgə fəaliyyət, tibbi təminat məsələləri, idman bazaları və mərkəzlərinin istifadəsi və təlim-məşq proseslərinin həyata keçirilməsində qarşılıqlı fəaliyyət, beynəlxalq idman təşkilatları səviyyəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Forum Beynəlxalq Olimpiya Komitəsinin "Olimpiya Həmrəyliyi" proqramı çərçivəsində keçirilir.

Tədbir çərçivəsində MOK-un baş katibinin müavini Azər Əliyev “MOK Azərbaycanın Olimpiya Gündəliyi 2020 komissiyası üzrə fəaliyyəti və yenilikləri” mövzusu üzrə çıxış edəcək.

Forumun iştirakçılarının Olimpiya Hərəkatı, Olimpiya və Avropa oyunları, Olimpiya Gündəliyi 2020, idmanın təşviqi və digər mövzularda çıxışları nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi