Mayın 22-də Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ

Mayın 22-də Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ Bağlanış mərasimi günündə də sürücülər tibbi müayinədən keçəcəklər
Fərdi
20 May , 2017 10:35
Mayın 22-də Bakıda 35 marşrut avtobusunun hərəkət istiqaməti dəyişdiriləcək - XƏBƏRDARLIQ
Report.az

Bakı. 20 may. REPORT.AZ/ "IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində 4 sürücüdə yüksək təzyiq olduğundan, 1 sürücü isə sürət həddini aşması səbəbindən sükan arxasından uzaqlaşdırılıb".

"Report" xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirib.

O bildirib ki, həmin ərəfədə Bakı Nəqliyyat Agentliyinin 350 avtobusu fəaliyyət göstərib: "Bütün avtobuslarda GPS sistemi quraşdırılıb. Həmin gün sürücülər əvvəlcədən tibbi müayinədən keçirilib".

M.Ağayev qeyd edib ki, bağlanış mərasimi günü (mayın 22-si) üçün Bakı Nəqliyyat Agentliyi 430 avtobus ayırıb. Bağlanış mərasimi günündə də sürücülər əvvəlcə tibbi müayinədən keçəcəklər. Avtobuslarda quraşdırılan CPS vasitəsi ilə biz avtobusları izləyəcək, onların vaxtından əvvəl marşrutdan çıxmasının, sürət həddini aşmasının qarşısı alınacaq.

Bağlanış mərasimi günü metronun "Koroğlu" stansiyasına gələn 29, şəhərdaxili isə 6 avtobusun hərəkət istiqaməti dəyişdiriləcək.

Son xəbərlər

Orphus sistemi