Yuxarı

Matç zamanı ürəyi dayanan amerikalı basketbolçu Zek Apşou vəfat edib

Bakı. 27 mart. REPORT.AZ/ Amerikanın "G" liqasında mübarizə aparan "Qrand-Rapids" komandasının basketbolçusu Zek Apşou martın 26-da vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Milli Basketbol Assosiasiyasının (NBA) saytı məlumat yayıb.

Qeyd edək ki, martın 24-də, "Qrand-Rapids"in "Detroyt Pistons"la matçı zamanı onun ürəyi dayanmışdı. "Klinikada tibb heyətinin səylərinə baxmayaraq Zek 11:16-da bizi tərk etdi", - deyə açıqlama bildirilir.

Açıqlamada qeyd edilib ki, onula vida mərasiminin təfərrüatı barədə sonra məlumat veriləcək.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi