Masallıda cüdo üzrə "Federasiya kuboku" keçirilib

Masallıda cüdo üzrə "Federasiya kuboku" keçirilib Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.
Fərdi
22 Aprel , 2018 15:51
Masallıda cüdo üzrə Federasiya kuboku keçirilib

Bakı. 22 aprel. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

ACF-dən "Report"a verilən məlumata görə, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar.

Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perspektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə növbəti yarış Masallıda keçirilib. Regionlar arası "Federasiya kuboku" uğrunda turnirdə 5 bölgənin komandası mübarizə aparıb. Daha yaxşı nəticə göstərən "Bakı-1" komandası mərhələ yarışının qalibi olub. 

"Qərb-1" klubu 2-ci, "Cənub-1" komandası isə 3-cü yeri tutub. Yeniyetmə cüdoçular arasında "Federasiya kuboku" uğrunda komanda yarışlarının növbəti mərhələsi Şirvan şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi