"Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

"Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib Olimpiyadada 11 mindən çox idmançı iştirak edib
Fərdi
22 Avqust , 2016 03:53
Marakana stadionunda XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Bakı. 22 avqust. REPORT.AZ/ Braziliyanın paytaxtı Rio-de-Janeyronun əfsanəvi "Marakana" stadionunda XXXI Yay Olimpiya Oyunlarının təntənəli bağlanış mərasimi baş tutub.

"Report" xəbər verir ki, yarışlar avqustun 5-dən 21-i tarixinədək keçirilib.

Olimpiadada 11 mindən çox idmançı iştirak edib.

Azərbaycan 1 qızıl, 7 gümüş, 10 bürünc medalla 87 medalçı ölkə arasında 39-cu yeri tutub. Bu göstəricidə Gürcüstandan geri qalan ölkəmizi Belarus, Türkiyə və Ermənistan izləyir. Medal sayında isə Azərbaycan Yeni Zelandiya ilə birgə 14-15-ci yerlərə şərik olub.

Yarışları aktivində 121 medal olan (46-37-38) ABŞ yığması birinci pillədə başa vurub. Böyük Britaniya medal əyarında 2-ci (27-23-17), medal sayında 3-cü olub. Çin isə medal əyarında 3-cü yerlə (26-18-26)kifayətlənib. Dopinq qalmaqalları ilə əlaqədar üzləşdiyi cəzalar Rusiyanın ilk "3-lük"dən kənarda qalmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi