Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyun sayına görə dünya rekorduna imza atıb - FOTO

Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyun sayına görə dünya rekorduna imza atıb - FOTO Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsen məğlubiyyətsiz oynanmış ardıcıl oyunların sayına görə dünya rekordunu yeniləyib.
Fərdi
15 Yanvar , 2020 03:48
Maqnus Karlsen ardıcıl məğlubiyyətsiz oyun sayına görə dünya rekorduna imza atıb - FOTO

Şahmat Tacı uğrunda norveçli dünya çempionu Maqnus Karlsen məğlubiyyətsiz oynanmış ardıcıl oyunların sayına görə dünya rekordunu yeniləyib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, 29 yaşlı qrossmeyster Veyk-anZeedə (Niderland) keçirilən turnirdə yeni nailiyyətə imza atıb. Kalrsen yanvarın 14-də yarışın ev sahibi Yorden van Forsetlə heç-heçə oynayıb. Bununla da özünün məğlubiyyətsiz oyunlarının sayını 111-ə çatdırıb.

Bundan əvvəlki rekord Niderlanddan olan şahmatçıya aid idi. Keçmişdə isə sovet və Rusiya qrossmeysteri Sergey Tivyakov bu uğura imza atmışdı. 2005-ci ildə o, özünün uduşlu oyun seriyasını 110-a çatdırmışdı.

Son xəbərlər

Orphus sistemi