“Mançester Yunayted” “Sporting”lə Fernandeşin transfer məbləğilə bağlı razılığa gələ bilmir

“Mançester Yunayted” “Sporting”lə Fernandeşin transfer məbləğilə bağlı razılığa gələ bilmir İngiltərənin “Mançester Yunayted” klubu Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Brunu Fernandeşin alınması ilə bağlı danışıqları davam etdirir.
Fərdi
17 Yanvar , 2020 08:20
“Mançester Yunayted” “Sporting”lə Fernandeşin transfer məbləğilə bağlı razılığa gələ bilmir

İngiltərənin “Mançester Yunayted” klubu Portuqaliyanın “Sportinq” klubunun yarımmüdafiəçisi Brunu Fernandeşin alınması ilə bağlı danışıqları davam etdirir.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, tərəflər transferin məbləği barədə hələ də razılığa gələ bilməyiblər.

Portuqaliya klubu 25 yaşlı futbolçunun satışından 80 milyon avro əldə etmək istəyir. “Qırmızı şeytanlar” isə futbolçunun transferinə 60 milyon təklif edib.

Bu mövsüm Bruno keçirdiyi 25 matçda 15 qol vurub və 13 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi