Maks Ferstappen simulyatorda rekorda imza atıb

Maks Ferstappen simulyatorda rekorda imza atıb Bakı. 10 yanvar. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı, Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “iRacing” simulyatorunda rekorda imza atıb.
Fərdi
10 Yanvar , 2019 15:30
Maks Ferstappen simulyatorda rekorda imza atıb

Bakı. 10 yanvar. REPORT.AZ/ “Formula 1” üzrə dünya çempionatının iştirakçısı, Avstriyanın “Red Bull” komandasının pilotu Maks Ferstappen “iRacing” simulyatorunda rekorda imza atıb.

“Report” xəbər verir ki, “Redline” kiberidman komandasından çıxış edən 22 yaşlı hollandiyalı pilot “Formula 3” bolidi ilə “Şarlott Motor Siduey” trassından 1:04.436 nəticəyə imza atıb. Bu isə rekord göstəricidir.

Qeyd edək ki, “Formula 1” üzrə 2019-cu il dünya çempionatı Avstraliyada “Albert Park” trasında başlayacaq və martın 15-17-də olacaq. Təqvimdə dördüncü sırada yer alan Azərbaycan Qran Prisi aprelin 26-28-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi