Makqreqor UFC çempionu Nurmaqomedovu qorxaq adlandırıb - VİDEO

Makqreqor UFC çempionu Nurmaqomedovu qorxaq adlandırıb - VİDEO Bakı. 21 sentyabr. REPORT.AZ/ İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurmaqomedovu döyüş öncəsi qorxaq adlandırıb.
Fərdi
21 Sentyabr , 2018 04:23
Makqreqor UFC çempionu Nurmaqomedovu qorxaq adlandırıb - VİDEO

Bakı. 21 sentyabr. REPORT.AZ/ İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Qaydasız Döyüş Çempionatının (UFC) rusiyalı qalibi Həbib Nurmaqomedovu döyüş öncəsi qorxaq adlandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, irlandiyalı döyüş ustası bunu mətbuat konfransında deyib.

Nurmaqomedov - Makqreqor döyüşü oktyabrın 6-da Las-Veqasda keçiriləcək.

"Mən iki ildir döyüşmürəm, lakin siz avtobusdakı bu qorxağı özünüz gördünüz. O hətta mən avtobusa yaxınlaşanda belə aşağı düşmədi. Dostlarından birinin arxasında gizləndi, mən döyüşmək istədiyim üçün rinqə qayıtdım, onu döymək istəyirəm", - deyə Makqreqor bildirib.

Son xəbərlər

Orphus sistemi