Bakı. 31 avqust. REPORT.AZ/ Los Anceles (ABŞ) yarış keçirmək üçün şəhər büdcəsinin artırılacağı təqdirdə, 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini irəli sürəcək. "Report"un "Los Angeles Times"a istinadən verdiyi məlumata görə, olimpiadanın təşkili meqapolisə 5,8 milyard dollara başa gələcək.
Büdcə vergi ödəyiciləri hesabına artırılmalıdır. Məsələ ilə bağlı səsvermə sentyabrın 1-də olacaq. Nəticə uğurlu olsa, ABŞ
Qeyd edək ki, Los-Anceles 1932 və 1984-cü illərdə Yay Olimpiya Oyunları təşkil edib. Daha öncə Hamburq (Almaniya), Roma (İtaliya), Paris (Fransa) və Budapeşt (Macarıstan) şəhərləri 2024-cü il Yay Olimpiya Oyunlarına ərizə verib. Bakı Toronto (Kanada) və Əhmədabad (Hindistan) şəhərlərinin də bu siyahıda olacağı gözlənilir. Ərizə üçün son müddət 15 sentyabr 2015-ci ildir. Qalib şəhərin adı isə 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçiriləcək Sessiyasında açıqlanacaq.