Yuxarı
    Bağlamaq

    Azərbaycan boks millisinin sabiq baş məşqçisi Ukrayna yığmasına rəhbərlik edəcək

    Bakı. 11 yanvar. REPORT.AZ/ Boks üzrə Azərbaycan millisinin baş məşqçi postundan istefaya göndərilmiş Leonid Loivskinin yeni iş yeri müəyyənləşib.

    “Report” xsport.ua saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ölkəsinin əsas yığma komandasına rəhbərlik edəcək. Onun namizədliyinin Ukrayna Boks Federasiyası tərəfindən təsdiqləndiyi bildirilir. Təcrübəli mütəxəssis son 14 ildə yığmaya başçılıq edən Dmitri Sosnovskini əvəzləyib.

    Qeyd edək ki, Leonid Loivski 2016 - 2018-ci illərdə Azərbaycan yığmasının baş məşqçisi olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi