Yuxarı

Lənkəranda cüdo üzrə region birinciliyi keçirilib - FOTO

​Lənkəranda cüdo üzrə region birinciliyi keçirilib

Lənkəranda yeniyetmə cüdoçular arasında regional birinciliyinə yekun vurulub.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, federasiyanın dəstəyi ilə keçirilən yarışda Masallı, Salyan, Şirvan, Lənkəran, İmişli, Sabirabad və Biləsuvar idmançıları mübarizə aparıblar.

İlk yarış günündə U-15, ikinci gün isə U-18 yaş qrupu üzrə yeniyetmə cüdoçular medallar uğrunda yarışıblar. Daha yaxşı nəticə göstərən Masallı cüdoçuları fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.

Qaliblərə Azərbaycan Cüdo Federasiyasının diplomları və medalları təqdim olunub.

Qeyd edək ki, bundan öncə Göygöl, Naftalan, Mingəçevir, Şamaxı və Xaçmaz şəhərlərində region birincilikləri baş tutub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi